
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları aramsız davam etdirilir.
Konsensus.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sentyabrın 21-dən 27-dək olan dövrü əhatə edən həftəlik məlumatına əsasən xəbər verir ki, azad olunmuş torpaqlarda 237 mina və 1 436 digər partlamamış hərbi sursat aşkarlanıb.
Bildirilib ki, ötən həftə ərzində minatəmizləmə fəaliyyətinə cəlb olunan aidiyyəti qurumlar tərəfindən müxtəlif istiqamətlərdə genişmiqyaslı axtarış və təmizləmə işləri aparılıb.
Aşkarlanan mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ərazilərin təhlükəsizliyinin təmin olunması və əhalinin doğma yurdlarına qayıdış prosesinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.