
Bu gün Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi açılıb. Sərgi "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə baş tutub.
Konsensus.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, uzun illər həm Çar Rusiyası dövründə, həm də Sovet dönəmində Özbəkistan və Azərbaycan əlaqələrinin inkişafına süni əngəllər var idi. Hər iki dövlət öz müstəqilliyini əldə etdikdən sonra bu münasibətlər sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan və Özbəkistan əhalisinin, dövlətlərimizin və müştərək mediamızın də böyük rolu var. Çünki hər Azərbaycan və Özbəkistan qardaş dövlətlərdir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında bildirib ki, Türk dünyası arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr son illər daha da inkişaf edib. Ümumiyyətlə, Azərbaycanla Orta Asiya və Türk dövlətləri arasında əlaqələr yeni mərhələyə daxil olub. Bu, təhsil sahəsində əlaqələrdə də özünü göstərir. .
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov isə qeyd edib ki, humanitar sahədə əməkdaşlıq davam edir. Ümid edirəm ki, bu sərgi əlaqələrin inkişafına daha da təkan verəcək".
Milli Məclisin deputatı Müşfiq Cəfərov da Özbəkistan Azərbaycan təhsil müəssisələrinə xüsusi maraq göstərdiyi qeyd edərək tələbə mübadilələrinin, qarşılıqlı layihələrin münasibətlərimizin inkişaf etdirəcəyini vurğulayıb. edəcək".
İngla İnternational ETC-nin direktoru Aytən Məmmədli bu sərgilərin təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini və artıq ənənə halını aldığını diqqətə çatdırıb.
Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndə iştirak edib.
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib.

