Bakıdakı 5 məktəbdə tədris distant formaya keçirilir

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla bağlı sentyabrın 22-dən 26-dək paytaxtdakı 5 ümumi təhsil müəssisəsində dərslər distant formada təşkil olunacaq.

Konsensus.az -ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, nəqliyyatın məhdudlaşdırılması səbəbindən Tofiq İsmayılov adına 6 nömrəli lisey, Kərim Kərimov adına 8 nömrəli tam orta məktəb, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada tədris məsafədən həyata keçiriləcək.

Qeyd edək ki, yarışla bağlı trek ərazisindəki yollarda hərəkətin məhdudlaşdırılması 2026-cı il sentyabrın 22-dən 27-dək qüvvədə olacaq.

22.09.2026 06:12