
Bu gün Azərbaycan xalqı öz dövlətçilik tarixinin ən taleyüklü və şanlı səhifələrindən birini – Milli Qurtuluş Gününü qeyd edir.
Konsensus.az xatırladır ki, 15 iyun sadəcə bir təqvim günü deyil, bu tarix xaosdan nizama, tənəzzüldən tərəqqiyə keçidin, müstəqil Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olduğu dönüş nöqtəsidir.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə başlayan bu qurtuluş missiyası, bu gün bizi qüdrətli və qalib bir dövlətə çevirən yolun başlanğıcıdır.
Milli Qurtuluş Gününün yaratdığı o möhkəm dövlətçilik və azərbaycançılıq təməli, bu gün rəşadətli ordumuzun və vətənpərvər nəslin şücaəti sayəsində qazanılmış tarixi Qarabağ Zəfəri ilə taclanıb. Bu möhtəşəm qələbə müstəqilliyimizin əbədi və sarsılmaz olduğunun bütün dünyaya nümayişidir.
Milli Qurtuluş Günü müasir, güclü və bütöv Azərbaycanın qürur mənbəyidir. Bayramınız mübarək!