
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı dəniz mühasirəsinin yenidən qüvvəyə mindiyini bəyan edib.
Konsensus.az xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki rəsmi hesabında qeyd olunub.
"ABŞ ordusu bu gün, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 15 iyul, saat 00:00) İran limanlarına daxil olan və oradan çıxan gəmilərin dəniz blokadasını yenidən aktivləşdirib. Bu irimiqyaslı hərbi əməliyyata Birləşmiş Ştatların Yaxın Şərqdə yerləşən Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox gəmisi və yüzlərlə döyüş təyyarəsi cəlb edilib", — deyə açıqlamada vurğulanıb.