Dünya bazarında neftin qiymətləri düşdü

Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunub.

Konsensus.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

Londonun ICE birjasında avqust ayında tədarük ediləcək "Brent" markalı neftin füçersləri aprelin 17-dən bəri ilk dəfə olaraq bir barel üçün 89 dollardan aşağı düşüb.

Məlumata görə, "Brent" markalı neft 4.77% ucuzlaşaraq bir barel üçün 88.66 dollar olub.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 4.63 % azalaraq bir barel üçün 85.86 dollara satılıb.

12.06.2026 06:53