Dünya liderlərindən Prezident İlham Əliyevə təbrik

Dünya liderlərindən Prezident İlham Əliyevə Müstəqillik Günü təbrikləri (XÜLASƏ)

Azərbaycanın milli bayramı — Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin ünvanına beynəlxalq təşkilatların rəhbərlərindən və xarici dövlət başçılarından təbrik məktubları daxil olmaqdadır.

Konsensus.az-ın verdiyi məlumata görə, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan dövlətimizin başçısına göndərdiyi məktubda yazıb:

"Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. İqtisadi Əməkdaşlıq Təşkilatı regional inteqrasiyanın və iqtisadi tərəfdaşlığın inkişafında Azərbaycanın fəal, konstruktiv rolunu yüksək qiymətləndirir. Təşkilatımızın aparıcı üzvü olan Azərbaycan xüsusilə ticarət və enerji sahələrində dövlətlərarası əlaqələrin möhkəmlənməsinə, davamlı inkişafa böyük töhfələr verir. Əminəm ki, ortaq fəaliyyətimiz və Zati-alinizin dəstəyi sayəsində İƏT regionda sülh, sabitlik və rifah naminə daha da inkişaf edəcək. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azərbaycan Prezidentinə növbəti təbrik Niderland Kralı Villem-Aleksandr tərəfindən ünvanlanıb. Kralın məktubunda qeyd olunur:

"Milli bayramınız — Müstəqillik Günü münasibətilə Zati-alinizi ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqına firavanlıq diləyir, ən xoş arzularımı çatdırıram".

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev də dövlət başçısını və Azərbaycan xalqını təbrik edənlər sırasındadır:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi bildirirəm. Bu bayram Azərbaycanın suverenliyini, dövlətçiliyini gücləndirmək və vətəndaşların rifahını yüksəltmək istiqamətində qazandığı böyük uğurları təcəssüm etdirir. Qoy bu tarixi gün ölkə vətəndaşlarına qürur, parlaq gələcəyə inam və tükənməz sevinc bəxş etsin! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram".

22.05.2026 13:58