"Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği" layihəsinə start verilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin təşkilatçılığı ilə yeni layihənin icrasına başlanılıb. Erməni vandalizminin qurbanı olmuş, Azərbaycan xalqına məxsus qədim maddi-mədəni sərvətlərin və milli-mənəvi dəyərlərin tədqiqi, onların gələcək nəsillərə ötürülməsi; Qloballaşma və modern həyat tərzinin təsiri ilə zamanla unudulma təhlükəsi yarana biləcək məhv edilmiş irsimizin yaşadılması.

Layihə çərçivəsində tədbirlərin 2026-cı il ərzində Bakı, Qəbələ və Şamaxı şəhərlərində keçirilməsi nəzərdə tutulur. Regionlarda təşkil olunacaq görüşlərdə iştirakçılar xalqımızın zəngin mədəniyyəti barədə ətraflı məlumatlandırılacaqlar. Eyni zamanda, yerli sakinlərin rəy və təklifləri gələcək layihələr üçün stimul rolunu oynayacaq.

Təşkilatçılar inanırlar ki, bu təşəbbüs mədəni yaddaşın qorunmasına, gənclər arasında milli kimlik şüurunun möhkəmlənməsinə və cəmiyyətdə ictimai həmrəyliyin güclənməsinə mühüm töhfə verəcək.

03.06.2026 09:07