"Eurovision"un qalibi müəyyənləşib

Vyanada keçirilən “Eurovision” mahnı müsabiqəsinin qalibi seçilib.

Konsensus.az xəbər verir ki, Bolqarıstan təmsilçisi Dara “Banqaranqa” mahnısı ilə ən yüksək xal toplayıb.

Müsabiqənin 70 illik yubileyinə təsadüf edən final gecəsində 25 ölkənin nümayəndəsi səhnəyə çıxıb. Bolqarıstan həm peşəkar münsiflər heyətinin, həm də tamaşaçı səsverməsinin nəticələrinə əsasən, ümumilikdə 516 xal toplayaraq birinci yeri qazanıb. İsrail 343 xalla ikinci, Rumıniya isə 296 xalla üçüncü olub.

Qeyd edək ki, Bolqarıstan ilk dəfədir ki, “Eurovision” tarixində qalib olur.

17.05.2026 01:07