
ABŞ hərbçiləri İranın zərbələri nəticəsində Küveyt və Səudiyyə Ərəbistanındakı Amerika bazalarında yaranan dağıntıların görüntülərini paylaşıblar.
Konsensus.az xəbər verir ki, müvafiq fotoları "CBS News" telekanalı təqdim edib.
Telekanal xidmət yerində olan hərbçilərdən birinin bu sözlərini sitat gətirib: "Hərbi bazalarımıza ciddi ziyan dəyib, lakin bu barədə Amerika ictimaiyyətinə məlumat verilmir. Biz sadəcə gözlərimizi yumaraq zərbələri qəbul edirik".
Yayımlanan kadrlarda, Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasında mərmi zərbəsi nəticəsində quyruq hissəsi gövdəsindən ayrılmış "Boeing E-3 Sentry" təyyarəsi əks olunub. Küveytdəki "Kemp-Bürinq" bazasından çəkilən görüntülərdə isə yararsız hala düşmüş binalar və hərbi nəqliyyat vasitələri əks olunub.

