Hərbi qulluqçularımız Kəlbəcərdə minaya düşüblər --İTKİ YOXDUR

Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları Məhəmməd Əlibaba oğlu Hüseynov və Kamil Cəmil oğlu Qaflanov xidməti vəzifələrini yerinə yetirərkən işğaldan azad edilmiş

Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

Konsensuz.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəsarət alan hərbiçilərimiz yaxınlıqdakı tibb müəssisəsinə təxliyyə ediliblər. Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

11.05.2026 16:50