Şəhərsalma siyasəti müasir çağırışlara uyğun qurulmalıdır.

Bu gün dünya sürətlə dəyişir və şəhərlər də bu dəyişikliklərə uyğunlaşmalıdır. İnsanların rahat, təhlükəsiz və sağlam mühitdə yaşaması üçün şəhərsalma siyasəti düzgün qurulmalıdır. Forum çərçivəsində aparılan müzakirələr gələcək layihələr üçün mühüm istiqamətlər müəyyənləşdirir.

Konsensus.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumuda (WUF13) iştirak edən Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri İlyas Demirçi bildirib.

O qeyd edib ki, təbii mühitin xüsusiyyətlərini nəzərə almayan yanaşmalar gələcəkdə ciddi problemlərə və risklərə səbəb ola bilər:

“Bu gün mühəndislərin, memarların, şəhərsalma üzrə mütəxəssislərin və dizaynerlərin üzərinə mühüm vəzifələr düşür. WUF13 təhlükəsiz yaşayış mühiti, ekoloji balans, şəhərlərin gələcəyi və dayanıqlı inkişaf kimi vacib məsələlərin müzakirə olunduğu əhəmiyyətli beynəlxalq platformadır”.

İ. Demirçi qeyd edib ki, şəhərlərin dayanıqlı şəkildə inkişaf etdirilməsi artıq seçim deyil, zərurətdir. İqlim dəyişiklikləri, ətraf mühit problemləri və təbii fəlakətlər göstərir ki, şəhərsalma siyasəti müasir çağırışlara uyğun qurulmalıdır. Bu baxımdan WUF13 çox önəmli platformadır. Burada müxtəlif ölkələrin təcrübələri bölüşülür, yeni yanaşmalar müzakirə olunur və gələcək üçün ortaq həll yolları axtarılır. Forum çərçivəsində aparılan müzakirələr gələcək layihələr üçün mühüm istiqamətlər müəyyənləşdirir. WUF13 müxtəlif ölkələrdən mütəxəssisləri bir araya gətirərək təcrübə mübadiləsinə geniş imkan yaradır. Bu cür tədbirlər həm regional, həm də qlobal əməkdaşlığın inkişafına ciddi töhfə verir”.

21.05.2026 08:10