İlham Əliyev Elçin Hüseynli ilə bağlı sərəncam imzaladı – Yeni təyinat

Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Konsensus.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı - YENİ TƏYİNAT

Prezident digər sərəncamla Elçin Hüseynlini Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

28.07.2026 10:00