
"Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatını (TDT) təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir".
Konsensus.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
Dövlət başçısı vurğulayıb ki, hər iki ölkənin təşkilat çərçivəsində verdiyi töhfələr inteqrasiyanı daha da dərinləşdirir:
"Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat-logistika imkanlarının, habelə təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir". (AZƏRTAC)