
İranın cənubundakı Fars əyalətində iri həcmli yeni qaz yatağı aşkar olunub.
Konsensus.az "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad dövlət televiziyasının efirində bəyanat verib.
Nazirin sözlərinə görə, ölkəyə on milyardlarla dollar gəlir qazandırmaq potesialına malik yatağın ümumi ehtiyatı 212 milyard kubmetr qiymətləndirilir. Mövcud hesablalamalara əsasən, bu ehtiyatın 161 milyard kubmetrini hasil etmək mümkün olacaq. Bununla yanaşı, yataqda böyük həcmdə qaz kondensatının olduğu da təsbit edilib.