
İstanbul Hava Limanı 18-24 may tarixləri arasında gündəlik orta hesabla 1519 uçuşla Avropanın ən sıx hava limanı olaraq qeydə alınıb.
Konsensus.az xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) sözügedən dövrlə bağlı "Avropa Aviasiya Hesabatı"nı dərc edib.
Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündəlik orta hesabla 1519 uçuş qəbul edərək Avropanın ən sıx hava limanları arasında ilk sırada qərarlaşıb.
Avropanın liderini gündəlik 1411 uçuşla Amsterdam (Sxivol), 1366 uçuşla Frankfurt, 1364 uçuşla Paris Şarl de Qoll və 1324 uçuşla London Hitrou hava limanları izləyib. (Anadolu Ajansı)