
Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasının (CXP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələri ləğv olunub.
Konsensus. az xəbər verir ki, ləğv qərarını Ankara Bölgə Ədalət Məhkəməsi qəbul edib.
Məhkəmə daha öncə Ankara 42-ci Birinci İnstansiya Hüquq Məhkəməsinin qurultayın ləğv edilməsi tələbini geri çevirməsi qərarını ləğv edib. Bununla da sözügedən qurultay və qurultaydan sonra qəbul edilmiş bütün qərarlar ləğv olunub.
Bununla da qurultayda CXP sədri seçilən Özgür Özəl deyil, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu partiya rəhbərliyinə gətirilib.
Qərardan sonra açıqlama verən K. Kılıçdaroğlu prosesi partiyanın keçmiş sədrləri ilə birlikdə yürüdəcəyini bəyan edib:
"Heç kim narahat olmasın, partiyamızı bu mübahisələrin içindən çıxaracaq və iqtidar uğrunda mübarizəmizi davam etdirəcəyik".