Kəskin ucuzlaşmadan sonra neft yenidən bahalaşdı

Qlobal bazarda neft kəskin ucuzlaşmadan sonra qismən də olsa bahalaşıb.

Konsensus.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Bakı vaxtı ilə saat 09:13-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.39 dollar (0.41%) bahalaşaraq bir barel üçün 95.42 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 2.78 dollar (2.84%) ucuzlaşaraq bir barel üçün 95.03 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.06 dollar (0.06%) artaraq bir barel üçün 93.1 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 2.98 dollar (3.1%) ucuzlaşaraq bir barel üçün 93.04 dollara düşmüşdü.

05.06.2026 08:21