Malatyada yenidən zəlzələ baş verib

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ insanlara gərgin və qorxulu anlar yaşadıb.

Konsensus.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, məktəblərdə və iş yerlərində yaşanan dəhşətli anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Qeyd edək ki, 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Malatya şəhərinə ciddi ziyan dəymiş, minlərlə insan faciənin qurbanı olmuşdu.


20.05.2026 12:39