Milli Məclis Şuşa şəhərində yerləşən abidələrlə bağlı qərar qəbul edib

Şuşa şəhərinin ərazisində yerləşən abidələrin razılıq əldə olunmadan hər hansı başqa bir yerə köçürülməsi qadağan edilir.

Konsensus.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan, təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

12.06.2026 09:56