Neft bazarlarında qeyri-sabitlik: "Brent" ucuzlaşdı, WTI cüzi bahalaşdı

Dünya bazarında "Brent" markalı neftin qiymətində cüzi ucuzlaşma müşahidə olunub.

Konsensus.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Londonun ICE birjasında sentyabr müqavilələri üzrə "Brent" markalı neftin fyuçersləri Bakı vaxtı ilə saat 09:15-də 0.13 dollar (0.18%) azalaraq bir barel üçün 71.99 dollara enib. Qeyd edək ki, əvvəlki sessiyada bu markadan olan neftin qiyməti 0.32 dollar (0.45%) bahalaşaraq bir barel üçün 72.12 dollar təşkil etmişdi.

Eyni zamanda, Nyu-York Ticarət Birjasında (NYMEX) avqust müqavilələri üzrə WTI markalı xam neftin fyuçerslərinin dəyəri isə cüzi artımla diqqət çəkib. Belə ki, bu markanın qiyməti 0.06 dollar (0.09%) artaraq bir barel üçün 68.75 dollar olub.

06.07.2026 08:44