Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə yollanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gedib.

Konsensus.az AZƏRTAC-a istinadla xəbər verir ki, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.

20.07.2026 17:49