
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunun sürətlə artdığını bildirib.
Konsensus.az -ın məlumatına görə, dövlət başçısı vurğulayıb ki, keçən il Azərbaycan qazını 12 ölkə alırdısa, hazırda bu coğrafiya daha da genişlənərək 16-ya yüksəlib və həmin dövlətlərdən 10-u Avropa İttifaqının üzvüdür.
Prezident, həmçinin qeyd edib ki, ölkəmiz dünyada boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi parametrlərinə, ərazi və coğrafiyasına görə birincidir. İlham Əliyev "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi və "Abşeron" yatağı sayəsində əlavə qaz hasil ediləcəyini və Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsinin daha da artacağını diqqətə çatdırıb. (AZERTAC)