Konsensuz.az xəbər verir ki, Qətər sahillərinə yaxın yerdə bir ticarət gəmisinə hücum edilib.
İngiltərənin Dəniz Ticarət Təşkilatı (UKMTO) Doha şəhərinin 23 mil şimal-şərqində təhlükəsizlik insidentinin baş verdiyini bildirib.
Hesabata görə, bir quru yük gəmisi Qətər sahillərinə yaxın ərazidə “naməlum mərmi” ilə vurulduğunu qeyd edib. İngiltərə Dənizçilik Təşkilatı bildirib ki, Qətər sahilləri yaxınlığındakı ticarət gəmisində baş verən yanğın insan itkisi olmadan nəzarət altına alınıb. Bir sıra mənbələr isə gəminin ABŞ bayrağı altında hərəkət etdiyini və ABŞ-a məxsus oluğunu qeyd edir. (Fox News)
