
2026-cı ildə planetin ən yaxşı futbolçusuna verilən illik “Qızıl top” (Ballon d'Or) mükafatının təntənəli təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
Konsensus.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Yubiley xarakteri daşıyan 70-ci “Qızıl top” təqdimetmə mərasimi, bu nüfuzlu mükafatın tarixdə ilk sahibi (1956-cı il) olmuş ingiltərəli əfsanəvi futbolçu Stenli Metyuzun şərəfinə ilk dəfə olaraq Böyük Britaniyanın paytaxtında təşkil ediləcək. Bununla da mərasim özünün ənənəvi məkanı olan Parisi tərk edərək yeni ünvana köçəcək.
Xatırladaq ki, ötən il bu nüfuzlu mükafatı PSJ komandasının və Fransa millisinin hücumçusu Usman Dembele qazanıb.