Ramallahdakı Britaniya Dəstək Qrupuna xəbərdarlıq: Tərk etmək üçün 7 gün vaxt verildi

İsrail hökuməti İordan çayının qərb sahilində Fələstin Milli Administrasiyasının təhlükəsizlik strukturlarının hazırlığı ilə məşğul olan və Ramallahda yerləşən Britaniya Dəstək Qrupunun (BST) hərbi heyətini ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Konsensus.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Təl-Əvivin bu adımı Londonun sentyabrın 8-də İordan çayının qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab xarakteri daşıyır.

Nəşrin məlumatına görə, britaniyalı hərbçilərə Ramallahı tərk etmələri üçün dəqiq 7 gün vaxt verilib. Böyük Britaniya Müdafiə Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən bu mərkəzin fəaliyyətinin dayandırılması, qurumun yaxın həftələrdə əməkdaşlarının sayını dörd dəfə artırmağa hazırlaşdığı bir vaxta təsadüf edib

11.09.2026 12:50