
Şri-Lankanın qərb hissəsində yerləşən Neqombo şəhərindəki həbsxanada başlayan iğtişaşlar 19 nəfərin həyatına son qoyub.
Konsensus.az xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
Bundan əlavə, bildirilib ki, azı 50 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.
Qeyd edilib ki, ölənlər və yaralananlar arasında həbsxana əməkdaşları və təhlükəsizlik qüvvələri var.
İğtişaşlar iyulun 5-i saat 13:00 radələrində başlayıb, daha sonra vəziyyəti nəzarət altına almaq mümkün olub. Lakin bu gün səhər saatlarında zorakılıq yenidən alovlanıb.