Süni intellekt həkimlərdən 5 il əvvəl xərçəng diaqnozu qoyur

Səhiyyə sahəsində süni intellektin (AI) tətbiqi xərçənglə mübarizədə görünməmiş uğurlara imza atır.

Konsensus.az "The Lancet Oncology" jurnalına istinadən xəbər verir ki, Böyük Britaniya və ABŞ-nin birgə onkoloji mərkəzlərində sınaqdan keçirilən yeni süni intellekt proqramı ağciyər və döş xərçəngini hələ ilk hüceyrə səviyyəsində ikən müəyyən edə bilib.

Həkimlərin gözündən qaçan detalları tapır Rentgen və MRT nəticələrini saniyələr ərzində analiz edən alqoritm, insan gözünün görə bilməyəcəyi qədər kiçik mikroskopik dəyişiklikləri qeydə alır. Klinik sınaqlar göstərib ki, süni intellekt xəstəliyin əlamətlərini həkimlərdən ortalama 3 ilə 5 il daha tez proqnozlaşdırır.

Onkoloqlar bildirirlər ki, xərçəng xəstəliyində ilkin diaqnoz müalicənin uğur şansını 90%-dən yuxarı qaldırır. Yaxın illərdə bu texnologiyanın bütün dünya xəstəxanalarında standart analiz metoduna çevriləcəyi gözlənilir.

08.07.2026 10:07