SEPAH ABŞ-nin Bəhreyndəki hərbi infrastrukturunu və Omandakı radarlarını vurdu

Yaxın Şərqdə regional gərginlik kəskin şəkildə artmaqda davam edir. İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusuna məxsus strateji hərbi obyektləri hədəf aldığını açıqlayıb.

Konsensus.az xəbər verir ki, bu barədə İranın "Tasnim" informasiya agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, keçirilən hərbi əməliyyat nəticəsində ABŞ təcavüzkar ordusunun Bəhreyndə yerləşən infrastrukturu və hərbi obyektləri sıradan çıxarılıb. Bundan əlavə, SEPAH Omanda yerləşən, ABŞ-yə məxsus FPS uzaqmənzilli radarını və gəmiləri aşkarlayan radiolokasiya kompleksini də tamamilə məhv etdiyini iddia edib.

"ABŞ təcavüzkar ordusunun Bəhreyndəki infrastrukturu və obyektləri, həmçinin Omanda yerləşən FPS uzaqmənzilli radarı və gəmiləri aşkarlayan radar sistemi sıradan çıxarılıb", - deyə məlumatda qeyd olunub.

13.07.2026 06:58