Son dəqiqə: Robert Köçəryanın həbs müddəti bəlli oldu

Ermənistanın keçmiş prezidenti (1998-2008) Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətalma və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib.

Konsensus.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancayan bildirib.

"İctimai maraq nəzərə alınaraq, bu yolla məlumat veririk ki, Antikorrupsiya Məhkəməsi (hakim S.Dadoyanın sədrliyi ilə) müstəntiqin vəsatətini tam təmin edib, R.Koçaryana qarşı preventiv tədbir olaraq həbs-təcrid tətbiq olunacaq", - deyə o özünün "Facebook" səhifəsində yazıb.

Öz növbəsində, "Sputnik Ermənistan" Antikorrupsiya Komitəsinə istinadən Robert Koçaryanın iki ay müddətinə həbs edildiyini xəbər verib.

Bundan əvvəl respublikanın Antikorrupsiya Komitəsi siyasətçinin və onun oğlunun İrəvanda saxlanıldığını bildirmişdi. Prokurorluğun məlumatına əsasən, keçmiş dövlət başçısına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə,rüşvətalma və çirkli pulların yuyulması maddələri üzrə cinayət işi açılıb. İşin digər şübhəliləri arasında keçmiş prezident Serj Sarqsyan, Yerevanın sabiq meri Qaqik Beqlaryan, 2007-ci ildə vəfat etmiş keçmiş baş nazir Andranik Markaryan, eləcə də daha altı nəfər yer alır. Respublikanın Baş Prokurorluğu istintaqın Koçaryanın 2004-2009-cu illər arasındakı prezidentlik dövrünü əhatə etdiyini açıqlayıb.

27.08.2026 04:50