TƏCİLİ: İran Hörmüz boğazında iki gəmini vurdu

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından qanunsuz keçməyə cəhd edən iki gəmini vurduğunu elan edib.

Konsensus.az -ın məlumatına görə, bu barədə SEPAH-ın yaydığı rəsmi bəyanatda bildirilir.

Digər tərəfdən, İran Silahlı Qüvvələrinin əməliyyat qərargahı olan "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-nin ölkənin cənubuna endirdiyi zərbələrdən sonra Hörmüz boğazının tamamilə bağlandığını açıqlayıb.

Bəyanatda vurğulanır ki, Hörmüz boğazı neft tankerləri və kommersiya gəmiləri də daxil olmaqla, istisnasız olaraq bütün növ dəniz nəqliyyatının keçidi üçün qapadılıb. Rəsmi Tehran icazəsiz keçməyə çalışan istənilən gəminin bundan sonra da birbaşa hədəf alınacağını bəyan edib.

11.06.2026 08:23