
İstanbulun 11-ci Ağır Cinayətlər Məhkəməsi "Sumud" humanitar yardım flotiliyasına edilən silahlı müdaxilə ilə bağlı açılan cinayət işi çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahunu beynəlxalq axtarışa verib.
Konsensus.az xəbər verir ki, bu barədə "Halk TV" telekanalı məlumat yayıb.
Məhkəmə kollegiyasının qərarı ilə iş üzrə əsas təqsirləndirilən şəxslərdən biri olan Benyamin Netanyahu barəsində İnterpol xətti ilə "qırmızı bülleten"in çıxarılması qərara alınıb.
Jurnalistlərin əldə etdiyi məlumata görə, sözügedən cinayət işində İsrailin daha 34 yüksək rütbəli rəsmisinin və hərbçisinin adı keçir.