"Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən həssas mövzulardan biridir"- Si Tsimpin

Çin Xalq Respublikasının Sədri Si Tsimpin Tayvan məsələsində yanlış addımların Çinlə ABŞ arasında birbaşa qarşıdurmaya yol aça biləcəyini bildirib.

Konsesnsus.az xəbər verir ki, bu barədə o, ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlar zamanı bildirib.Çin rəhbəri qeyd edib ki, Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən həssas və mühüm mövzulardan biridir. Onun sözlərinə görə, bu problem doğru şəkildə həll olunarsa, hər iki ölkə arasındakı münasibətlərdə sabitlik qorunub saxlanıla bilər. Əks halda isə tərəflər arasında toqquşma və hətta münaqişə riski yaranma ehtimalı var.

Çin dövlət başçısı vurğulayıb ki, Tayvanın müstəqilliyinə yönəlmiş addımlar regionda sülh və sabitliyin təmin olunması ilə uzlaşmır.

14.05.2026 05:08