
Azərbaycanda iyulun 28-də havanın temperaturunun 41 dərəcəyə çatacağı gözlənilir.
Konsensus.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin bəzi dağlıq ərazilərdə arabir duman müşahid olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə zaman-zaman güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə isə 40-41° isti olacaq. Dağlarda isə gecə 15-20° isti, gündüz 25-30° isti gözlənilir.