Tramp İran əməliyyatlarının "sursat qıtlığına görə dayanması" iddialarını təkzib etdi

ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasının sursat və hava hücumundan müdafiə (HHM) raketlərinin qıtlığı ilə bağlı olması barədə iddiaları rədd edib.

Konsensus.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Dövlət başçısı yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib ki, Birləşmiş Ştatlar dünyadakı hər kəsdən daha çox və ehtiyac duyulduğundan qat-qat artıq hərbi sursata sahibdir.

Xatırladaq ki, iyulun 25-də "The New York Times" qəzeti mənbələrinə istinadən ABŞ rəhbərinin Yaxın Şərqdəki "Patriot" və digər HHM sistemləri üçün istifadə olunan tutucu raket arsenalının tükənməsinin qarşısını almaq məqsədilə İrana qarşı hərbi əməliyyatları genişləndirməkdən daşındığını yazmışdı.

İyulun 24-də keçirilən müşavirədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin xəbərdarlıq etdiyi bildirilirdi. Onun sözlərinə görə, komandanlıq İrana qarşı irimiqyaslı döyüşlərə yenidən başlaya bilsə də, bu halda raket ehtiyatları kritik dərəcədə aşağı həddə düşə bilər.

27.07.2026 05:57