Trampdan Tehrana yeni təklif: "ABŞ İrana inanmır"

ABŞ Prezidenti Donald Tramp mövcud münaqişənin həlli üçün İran nümayəndələrinin irəli sürəcəyi təkliflərə qulaq asmağa hazır olduğunu açıqlayıb.

Konsensus.az xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda çıxış edərkən bildirib.

"Yeri gəlmişkən, biz hazırda danışıqlar prosesindəyik. Onlar (İran hökuməti) sülh sazişini imzalamaqda çox maraqlıdırlar. Lakin mən onların hələ buna tam hazır olduğunu düşünmürəm. Fikrimcə, hələ bunun zamanı gəlməyib. Buna baxmayaraq, mən onları dinləməyə hazıram. Amma onların nüvə silahına yiyələnməsinə qətiyyən imkan vermək olmaz".

Qeyd edək ki, rəsmi Tehran isə öz növbəsində heç bir halda nüvə silahı əldə etmək məqsədi güdmədiyini dəfələrlə bəyan edib.

25.07.2026 06:50