Çövkən üzrə II Dünya Çempionatı: Nigeriya millisi Türkiyə üzərində qələbə qazanıb

Bakıda keçirilən Çövkən üzrə II Dünya Çempionatında növbəti oyun baş tutub.

Bu barədə Konsensus.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qarşılaşmada Nigeriya və Türkiyə milli komandaları üz-üzə gəliblər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən görüş Nigeriya yığmasının qələbəsi ilə yekunlaşıb.

Rəqib qapısından 6 top keçirən Nigeriya millisi Türkiyə komandasını 6:1 hesabı ilə məğlub edərək növbəti qələbəsini qazanıb.

09.06.2026 15:09