
Xəzər dənizində - Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən nəzarətsiz çimərlik ərazisində qeydə alınan növbəti faciənin təfərrüatı bəlli olub.
Qeyd edək ki, Salyan rayonunun Həsənli kənd sakinləri, 36 yaşlı Aris Əlihəsənov və onun qardaşı oğlu, 15 yaşlı Həsən Əlihəsənov dənizdə boğularaq həyatlarını itiriblər.
Mərhumların qohumu bildirib ki, acı xəbər onlara telefon zəngi ilə çatdırılıb:
"Zəng gəldi ki, Aris qardaşıoğlu ilə birlikdə dənizdə boğulub. Çox sarsıldıq, çox çətindir. Bu ailəni hamı tanıyırdı, çox gözəl ailə idi".
Qeyd edək ki, hadisədən sonra dərhal axtarış-xilasetmə tədbirlərinə başlanılıb. Aparılan axtarışlar nəticəsində hər iki şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
10:12
Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin əsədi sudan çıxarılıb.
Konsensus.az-ın əldə etdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun cəsədini vətəndaşlar suyun üzərində görüblər.
Qeyd edək ki, o ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində batmışdı.