Xameneyi hələ də İranın strategiyasını müəyyən edir

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İranın ali dini lideri Ayətullah Müctəba Xamenei yaralanmasına baxmayaraq ölkənin strategiyalarını gizli şəkildə müəyyən etməyə davam edir. Konsensus.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
 CIA-nın yeni hesabatı göstərir ki, İranın müharibə və ABŞ ilə razılaşma barədə əsas qərarları hələ də Xameneinin birbaşa rəhbərliyi ilə qəbul olunur. ABŞ kəşfiyyat hesabatı bildirir ki, o danışıqlar komandasına müdafiə qabiliyyəti mövzusunda heç bir güzəşt verməməyi və yalnız “Hörmüz Boğazı” məsələsinə fokuslanmağı əmr edib.
 Xüsusilə qeyd olunur ki, İranın raket ehtiyatlarının 70%-i və raket buraxılış qurğularının 75%-i müharibəni uzatmaq və davamlı təzyiq yaratmaq məqsədilə birbaşa liderin əmri ilə qorunur. Qiymətləndirmələr göstərir ki, regional hücumların koordinasiyası ilə bağlı əmrlər hələ də İran rəhbərliyinin son təsdiqindən sonra verilir.


10.05.2026 08:00